Balkan ölkələri son illərdə ən çox ziyarət edilən vizasız ölkələr sırasındadır. Vizasız ölkələr arasında yer alan Şimali Makedoniya son vaxtlar turist axınına məruz qalıb. Memarlığı və tarixi ilə diqqəti cəlb edən Şimali Makedoniya həm Osmanlı, həm də Avropa memarlığının iç-içə olduğu bir ölkədir.
Son illər vizasız səyahət edən ölkələrə maraq artıb. Bu ölkələr arasında Balkan ölkələri də var. Monteneqro, Şimali Makedoniya və Serbiya kimi ölkələr həm yayda, həm də qışda turist axınına məruz qalır. Xüsusilə Türkiyədən və Azərbaycandan çoxlu ziyarətçilər gəlir.
Memarlığı və tarixi ilə diqqət çəkən Şimali Makedoniya Balkan ölkələri arasında ən çox seçilən ölkələr sırasındadır. Bunun bir çox səbəbləri var.
Moderator.az həmin səbəbləri təqdim edir:
Həm Osmanlı, həm də Avropa memarlığının üstünlük təşkil etdiyi Şimali Makedoniyada çoxlu türk yaşayır. Bu rəqəm xüsusilə paytaxt Skopyedə yüksəkdir. Tarixi ilə yanaşı mədəniyyəti ilə də diqqət çəkən Şimali Makedoniyaya giriş vizasızdır. Bundan əlavə, ölkədə vergi dərəcəsi aşağı olduğundan, tətilə gedənlər doyunca alış-veriş edə bilirlər.
Bəzi Türkiyə vətəndaşları Şimali Makedoniyada daşınmaz əmlak almağa başlayıb. Ölkədə vergi dərəcəsinin 10 faiz olması investorlar üçün çox cəlbedicidir. Son illərlə müqayisədə turizm potensialı artan Şimali Makedoniya bu artımdan məmnundur.
Turizm cənnətinə çevrilən Şimali Makedoniyada paytaxt Skopye ilə yanaşı digər üstünlük verilən şəhər Ohrid olub. YUNESKO-nun himayəsində olan Ohrid gölü Balkanların ən qədim və ən dərin göllərindən biridir. Yayda istirahət edənlərin üstünlük verdiyi Ohrid köhnə şəhəri ilə ziyarət edənləri valeh edir. Təxminən 40 kilsənin olduğu Ohriddə Osmanlı dövründən qalan 10 məscid də var.