Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF: FED-in addımını məqsədəuyğun hesab edirik.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasında qəbul etdiyi pul siyasəti qərarlarını dəyərləndirib.
Jurnalistlərin Suriyanın yenidən qurulması ilə bağlı suallarını cavablandıran Kozak Suriyadakı vəziyyəti yaxından izlədiklərini bildirib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasında verdiyi pul siyasəti qərarları ilə bağlı sualları cavablandıran Kozak, "Fed-in atdığı addımı məqsədəuyğun hesab edirik", deyə açıqlama verib.
O, ötən bir neçə ildə ABŞ iqtisadiyyatının kifayət qədər güclü olduğunu dilə gətirib. Kozak bildirib ki, iqtisadiyyat xüsusilə deinflyasiya prosesinin qorxulandan daha az xərc tələb etdiyini sübut edib.