AZ

Qarabağ Universitetinin tələbələri üçün "Dövlət auditi" mövzusunda mühazirə təşkil edilib

Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi tərəfindən "Dövlət auditi" mövzusunda mühazirə təşkil edilib.

Bu barədə AzEdu.az-a Qarabağ Universitetindən məlumat verilib.

Universitetdən bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək görüşün tələbə gənclər üçün əhəmiyyətini diqqətə çatdırıblar.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mühazirə zamanı dövlət maliyyəsinin idarəedilməsi, ona nəzarətin nəzəri və praktik aspektlərinə toxunub.Sədr bu çərçivədə Qarabağ Universiteti ilə birgə fəaliyyətin nəzərdə tutulduğunu da vurğulayıb.

Vüqar Gülməmmədov qeyd edib ki, gələcəkdə Qarabağ Universiteti ilə əməkdaşlıq təkcə təlim proqramları ilə məhdudlaşmayacaq, həm də tələbələrin Hesablama Palatasında təcrübə keçməsi, karyera inkişafı üçün təlimlərə cəlb edilməsi və tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Həmçinin universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlət auditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədris proqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi kimi digər istiqamətlərin də əhatə olunması hədəflənir.

Hesablama Palatasının sədri bu əməkdaşlığın dövlət idarəçiliyinin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
28
1
azedu.az

3Mənbələr