AZ

“Bitcoin”in yaradıcısı olduğunu iddia edən şəxs cəzalandırılıb

İllərdir “Bitcoin”in yaradıcısı olduğunu iddia edən Kreyq Rayt son iclasında həbs cəzasına məhkum edilib.

Valyuta.az-ın xəbərinə görə, kompüter alimi Craig Wright da keçmişdə özünü “Bitcoin”in sirli yaradıcısı Satoşi Nakamoto kimi təqdim etdiyi iddiaları ilə gündəmə gəlmişdi. Bu məsələdə israrından əl çəkməyən Craig Wright gözlənilməz cəza ilə üzləşib.

İngiltərə Ali Məhkəməsi mart ayında Craig Wrightın Satoshi Nakamoto olmadığına qərar verdi. Lakin Craig Wright “Bitcoin” üzərində əqli mülkiyyət hüquqlarına sahib olduğunu iddia edərək 1,2 trilyon dollar tələb edən iddialar açmağa davam etdi.

Məhkəmə Craig Wrightın hərəkətlərinin əvvəlki qərarlara açıq şəkildə zidd olduğunu bildirib və onu şərti olaraq bir il həbs cəzasına məhkum edib. Bu cəza o deməkdir ki, Craig Wright oxşar iddialar irəli sürməyə davam edərsə həbsxanaya düşə bilər.

Məhkəmədə video bağlantı vasitəsilə iştirak edən Craig Wright dəqiq yerini açıqlamasa da, Asiyada bir ölkədə olduğunu bildirib.

Craig Wright 2016-cı ildən bəri Bitcoin-in yaradıcısı olduğunu iddia edir. Satoshi Nakamoto adı altında dünyanın ilk və ən böyük kriptovalyutasını inkişaf etdirdiyini iddia edən Craig Wright açıqlamalarının əksinə olaraq bu iddiasını təsdiqləyən konkret dəlillər təqdim edə bilməyib.

Əvəz Həsənov

phrase_var_article.chosen
15
valyuta.az

1phrase_var_article.sources