Bu gün Misli Premyer Liqasında mövsümün ilk yarısında sonuncu - 18-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Qış fasiləsinə hamıdan tez "Kəpəz" ilə "Sumqayıt" çıxacaq. Belə ki, Gəncə təmsilçisi Tovuzda "kimyaçılar"ı qəbul edəcək.
Qeyd edək ki, tura 22 dekabrda yekun vurulacaq.
Misli Premyer Liqası
18-ci tur
20 dekabr (cümə)
16:00. "Kəpəz" – "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov, Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu.