AZ

Azərbaycanda xəstələr kreditlə özlərini müalicə edirlər

Klinikalarda kreditlə müalicə xidmətləri təklif olunur.

Milli.Az xəbər verir ki, bəzi özəl tibb müəssisələrində estetik əməliyyatlar, kosmetoloji prosedurlar və stomatoloji xidmətləri tək şəxsiyyət vəsiqəsilə, faizli və faizsiz kreditlə təklif edirlər.

Faizsiz kreditlər daha sərfəli hesab olunur. Pasientin istəyinə  və xərcə uyğun olaraq ümumi məbləğ 3 aydan başlayaraq 24 ayadək bölünə bilər. Lakin elə klinikalar var ki, xidməti faizli kreditlərlə təklif edirlər. ödəniləcək məbləğ kreditin faiz dərəcəsinə, ödəniş müddətinə və kreditin məbləğinə uyğun olaraq dəyişir.

Eyni zamanda vəkil deyir ki, özəl müəssəsisələr kreditlə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslərdən iş yerlərinə dair arayış və zamin tələb edə bilərlər. ( Xezerxeber.az )

Milli.Az

 
Seçilən
24
2
milli.az

3Mənbələr