AZ

Gürcüstan hökumətinin tutduğu istiqamətdən ciddi narahatıq -

Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətinin tutduğu istiqamətdən ciddi narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ dövlət və hökumət başçıları sammitinin yekun bəyanatında deyilir.

Sənəddə Tbilisinin Aİ-yə üzvlük prosesinin 2028-ci ilədək dayandırması qərarı ilə bağlı təəssüf ifadə olunub.

Avropa Şurası hesab edir ki, Gürcüstan hökumətinin addımları Aİ-nin əsaslandığı dəyər və prinsiplər ilə ziddiyyət təşkil edir.

Qurum eyni zamanda gürcü xalqının Avropa səylərini, həmçinin Gürcüstan hakimiyyətinin hazırkı fəaliyyət kursunu dəyişəcəyi təqdirdə ölkənin Aİ-yə daxil olmaq yolunu dəstəkləməyə hazırlığını təsdiqləyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
14
teleqraf.com

1Mənbələr