AZ

Rusiya Suriyadakı qoşunlarını bu ölkəyə köçürür - Baş nazirdən ETİRAZ

Liviyanın baş naziri Əbdül Həmid Dbeyba Rusiya hərbçilərinin ölkəsinə yerləşdirilməsi ehtimalına kəskin etirazını bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Liviya öz hegemonluğunu və gücünü tətbiq etməyə çalışan “xarici gücə” dözməyəcək. Dbeyba icazəsiz Liviyaya girməyə cəhd edənlərlə mübarizə aparacağını vurğulayıb.

"Heç kim ölkəyə və xalqına öz hegemonluğunu və gücünü tətbiq etmək istəyən xarici gücü qəbul etməyəcək", - deyə baş nazir ifadə edib. 

Dbeybanın şərhləri Rusiyanın Suriyadan  Liviyaya qoşun köçürə biləcəyi ilə bağlı fərziyyələri fonunda verilib.

Bir gün əvvəl Amerikanın "Wall Street Journal" (WSJ) nəşri yazmışdı ki, Rusiya hava hücumundan müdafiə sistemlərini və digər silahlarını Suriyadakı hərbi bazalardan çıxararaq Liviyaya köçürməyə başlayıb. Nəşrin mənbələrinə görə, Rusiya yük təyyarələri Suriya bazalarından Liviyanın şərqinə, o cümlədən S-400 və S-300 zenit-raket kompleksləri üçün radarlar daşıyır. Həmçinin, hərbi hissələr, təyyarələr və digər silahların Liviyaya daxil olduğu iddia edilir.

Söhbət Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftarın idarə etdiyi Liviyanın şərq hissəsindən gedir. 2014-cü ildən bəri Liviya iki rəqib hökumət arasında bölünüb. Ölkənin qərbində BMT-nin dəstəklədiyi Milli Birlik Hökuməti (GNU), şərqində isə Tobrukda Rusiya ilə sıx əlaqələr saxlayan Haftarın başçılıq etdiyi qüvvələrlə birləşmiş nümayəndələr evi yerləşir.

Gülayə Mecid 

Seçilən
42
50
unikal.az

10Mənbələr