AZ

"Baş məşqçi olmaq baş nazirlikdən daha çətindir"

style='margin-bottom:10px;'>

“Tottenhem”in çalışdırıcısı Angelos Postekoğlu məşqçi işinin çətinliyindən danışıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, o, futbol idarəçiliyində çalışmağın bütün işlərdən çətin olduğunu bildirib:  

“Bu iş hazırda həyatın istənilən sahəsində ən çətin işdir. Baş nazir olmaq üçün neçə dəfə seçki keçirilir? 1 dəfə. Mənim isə hər həftəsonu seçkim var. Ya qalib gələcəyik, ya da uduzacağıq”.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan London klubunun baş məşqçisidir. .Onun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

phrase_var_article.chosen
19
teleqraf.com

1phrase_var_article.sources