AZ

Kütləvi zəhərlənmə olan məktəbdə dərslər yenidən başladı

Tovuz rayonun Aşağı Quşçu kəndindəki 1 nömrəli tam orta məktəbdə baş verən kütləvi zəhərlənmədən sonra tədris bərpa olunub.

Bu barədə Teleqraf.comun Qərb bürosunun sorğusuna cavab olaraq Tovuz-Qazax Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, dekabrın 19-da baş verən hadisədən sonra davamiyyət zəif olsa da məktəbdə tədris prosesi təmin olunub: "Hazırda məktəbdə dərslər keçirilir".

Xatırladaq ki, dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 71 nəfər zəhərlənib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.


Müəllif: Teleqraf.com
Seçilən
22
teleqraf.com

1Mənbələr