AZ

“Bundan daha ikiüzlü davranış görməmişəm... Ona hücum çəkmək istədim” – Benzyadan şok açıqlamalar

“Qarabağ”ın futbolçusu Yassin Benzya türkiyəli azarkeşlərin diqqətini çəkən açıqlamalar verib.

“Football-plus.az” “L1 Üçgen” “yutub” kanalına istinadla xəbər verir ki, əlcəzairli oyunçu “Fənərbaxça”da çıxış etdiyi dönəmdə başına gələnlərdən danışıb:

“Baş məşqçimiz Ərsun Yanal məni 6 nömrə kimi oynatmaq istədiyini deyəndə razılaşdım. Amma sonradan başverənlər məni xeyli təəccübləndirdi. Əmin olun ki, mən bundan daha ikiüzlü davranış görməmişəm. Bir neçə gün sonra məşqə yollansam da, mən içəri buraxmadılar. Dərhal Yanalın yanına yollandım. Mənə hansısa açıqlama vermək məcburiyyətində olmadığını bildirdi. Ardından idman direktoru Damien Komollinin ofisinə getdim. Eşitdiyim cavab məni şoka saldı: son anda sənin əvəzinə başqa futbolçu transfer etdik. Bu səbəbdən sən heyətimizdə olmayacaqsan. Həmin an ona hücum çəkmək istədim. Başverənləri menecerimə danışanda mənə inanmadı. Klubsuz qaldığım üçün Afrika Kubokunda forma geyə bilmədim. Elə həmin il Əlcəzair kuboku qazandı. İçimdə buruq sevinc var idi...”

Benzya Türkiyə futbolunu belə şərh edib:

“Maaşımı vaxtında ala bilmirdim. Çox çalışırdım, hətta bəzən tək məşq edirdim. Amma Türkiyədə futbolçunun maaşını 6-7 ay sonra ödəməyi xoşlayırlar. “Fənərbaxça” son birillik maaşımı ödəmək niyyətində deyildi. FİFA-ya müraciət edəndən sonra pulumu ala bildim”.

Xatırladaq ki, Benzya 2018/19 mövsümündə “Fənərbaxça”nın formasını geyib.

KƏNAN BAHADIR
Seçilən
9
football-plus.az

1Mənbələr