AZ

Ağ Partiyanın bələdiyyə seçkilərində əsas hədəfi nədir? – Tural Abbaslıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi yanvar 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə seçkilər keçiriləcək. Təbii ki, istənilən seçki cəmiyyətdə ictimai fəallığı artırır.

Xüsusilə də, partiyalar nümayəndələrinin bələdiyyələrə üzv seçilməsi üçün fəallıq nümayiş etdirirlər.

Bəs siyasi partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır?
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA


Ağ Partiyanın sədri Tural Abbaslı Bizim.Media-ya bildirib ki, ölkə üzrə 680 bələdiyyə var:


“Ona görə də partiyanın strukturuna belə bir tapşırıq vermişik ki, kimin yaşadığı ərazidə bu işə həvəsi varsa, namizədliyini irəli sürsün. Ona görə də bələdiyyə seçkiləriylə bağlı işlər mərkəzləşdirilmiş qaydada yox, rayon təşkilatları səviyyəsində aparılır. Artıq çox sayda partiya üzvlərimiz yerlərdə öz namizədliklərini irəli sürüb. Praktika göstərir ki, bələdiyyələrin cəmiyyətdəki proseslərə elə bir ciddi təsiri yoxdur. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır.
 

Bununla belə bu seçkilərə ona görə qatılırıq ki, həm üzvlərimizin seçki vərdişləri formalaşsın, həm namizəd olub insanlarla işləsinlər, həm də partiyanın məramını, məqsədini yerlərdə daha geniş şəkildə təbliğ eləsinlər. Bir sözlə, üzvlərimizin seçki təcrübəsini artırmaq üçün bunu bir fürsət kimi dəyərləndiririk.


Yəni bu seçkidə xüsusi hədəfimiz yoxdur. Çünki bələdiyyə üzvünün təsir imkanları yox dərəcəsindədir. Bələdiyyə sədrinin yenə az-çox təsir imkanları olur. Sədr olmaq üçünsə ilk növbədə bələdiyyə üzvü seçilməlisən”.

Surxay Atakişiyev, Bizim.Media

 

 

 

Seçilən
0
bizim.media

1Mənbələr