"İnter Mayami"nin hücumçusu Lionel Messi klubunu dəyişə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Argentinalı superulduz ilə "Mançester Siti" və baş məşqçisi Pep Qvardiola maraqlanır. İspan mütəxəssis "Siti"nin nəticələrini yaxşılaşdırmaq üçün Messini mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Qeyd olunur ki, “İnter Mayami”nin sahibi Devid Bekhem İngiltərədə gücünü sınamaq istəsə, futbolçunu buraxmağa hazırdır.