AZ

Bakı və Abşeronda yağış yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub.

Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

phrase_var_article.chosen
6
35
unikal.az

10phrase_var_article.sources