AZ

Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümü ilə bağlı seminar 

Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan "Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda seminar keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbiri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi təşkil edib.

Seminarda Ombudsman Aparatı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi, Baş Prokurorluq, ANAMA kimi Azərbaycanın aidiyyəti dövlət orqanlarının nümayəndələri və BQXK-nın Bakı Ofisinin rəhbəri, eləcə də digər əməkdaşları iştirak edirlər.

phrase_var_article.chosen
35
4
bakivaxti.az

5phrase_var_article.sources