AZ

Rusiyada çoxarvadlılığa İCAZƏ VERİLDİ

Rusiyada müsəlmanlara dini nikahla çoxarvadlılığa icazə verilib.

Bizim.Media “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin şura sədrinin müavini Moskva müftisi İldar Alyautdinov bildirib.

Alyautdinov qeyd edib ki, Rusiyadakı müsəlmanlara dördə qədər dini nikaha girməyə icazə veriləcək. Əsas şərt isə odur ki, “ər bütün arvadlarla ədalətli və bərabər davransın”. 

Onun sözlərinə görə, bu şərtə əməl olunması bir neçə meyarla müəyyən olunacaq.
 

Bunların arasında bütün arvadlar üçün bərabər maddi təminat, onların hər biri üçün ayrıca mənzil verilməsi, ərin bütün həyat yoldaşları ilə razılaşma ilə müəyyən edilmiş qaydada bərabər vaxt keçirməsi daxildir.


“Qadın səhhətinə görə, reproduktiv yaşının bitməsinə və ya digər obyektiv səbəblərə görə, məsələn, həyat yoldaşının cinsi uyğunsuzluğuna görə uşaq dünyaya gətirə bilmirsə, çoxarvadlılığa icazə verilir. Burada qadının uşaq dünyaya gətirmək istəməməsi də nəzərə alınır”, - deyə müfti izah edib.

Bizim.Media

phrase_var_article.chosen
11
bizim.media

1phrase_var_article.sources