AZ

Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir

Bu günlərdə mediada yayılan bir yazı heyrət doğurdu. Diplomat Ramiz Vəliyev və onun yaratdığı qrupla bağlı sadalanan faktlar oxuyanları şoka saldı. Dövlətdə çalışıb, elə dövlətə qarşı xain planların içində olduğu deyilən bu dəstə dəhşətli əməllərə imza atıbmış sən demə.

Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi üçün saxlanılıb.

Belə ki, R.Vəliyevin öz xidməti vəzifəsindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.

Diqqət çəkən məqam isə odur ki, o və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb.

Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, öz dövlətinə qarşı da işləyib. Belə ki, Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, “diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.

Hurriyyet.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinin yeni bir anti-Azərbaycan şəbəkəsini ifşa etməsi milli təhlükəsizliyimizin təmin olunması baxımından çox mühüm bir hadisədir:

“Məsələ ondadır ki, bu sadəcə bir neçə diplomatın anti-Azərbaycan ifşası deyil. Bu hadisə bir daha onu göstərir ki, Azərbaycan dövlətinin maraqlarını satmağa hazır anti-Azərbaycançı mərkəzlərlə əməkdaşlığa cəlb olunan daha neçə şəbəkələrin mövcud olma ehtimalı var. Mənə elə gəlir ki, bu məsələnin ifşa olunması digər cinayətkar şəbəkələr üçün də dərs olmalıdır. Onları Azərbaycan dövlətinə qarşı fəaliyyətdən çəkindirməlidir.

Mən DTX-nın bu fəaliyyətini xüsusilə təqdir edirəm. Biz həmişə Azərbaycana qarşı hibrid müharibədən danışarkən sadəcə bunun bir neçə komponentini irəli çəkirdik. Sonuncu ifşa onu göstərir ki, bu təkcə hibrid müharibə ilə məhdudlaşmır. Burada daha dərin məqamlar var. Əgər bu gün bir Azərbaycan “diplomatı” belə şəbəkə qura bilirsə, demək, başqa sahələrdə bənzər təşkilatlanmaların olması istisna edilməməlidir.

Biz müvafiq qurumlara hamılıqla dəstək verməyi bacarmalıyıq. Çox mürəkkəb bir mərhələdən keçirik. Dövləti və dövlətçiliyi qorumaq üçün əl-ələ, çiyin-çiyinə olmalıyıq”.

Politoloq Qabil Hüseynli isə deyib ki, Erməni lobbisi/diasporu düşündüyümüzdən də güclü və geniş imkanlara sahibdir:

“Məslə ondadır ki, o və onun dəstəsinin etdikləri ancaq Ermənistan və erməni lobbisinin işinə yarıyır. Hesab edirəm ki, bu məslə xüsusi ilə araşdırlmalıdır. Məslə bir şəxsin xəyanətindən, xaricdən təlimat almaq ehtimalından getmir. Onun erməni lobbisi ilə ortaq hərəkət etdiyini düşünürəm.

Hər halda xüsusi xidmət orqanları məslə ilə bağlı araşdırma aparmalı, məsələnin kökünə qədər enilməlidir. Bu artıq dövlətin təhlükəsizlik məslədir. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də lazımı tədbirin görüləcəyini düşünürəm”.

Politoloq Oqtay Qasımov isə deyib ki, Ramiz Vəliyevin timsalında görə bilərik ki, diplomatik nümayəndəliklərdə ciddi problemlər var:

“Ümumiyyətlə uzun illərdir Azərbaycan cəmiyyətində bu sahə ilə bağlı müəyyən suallar yaranır. Xüsusi ilə də diplomatik nümayəndəliklərdə köhnə dövrdən qalan arzuolunmaz tendensiya – qohumluq, regionçuluq, dostluq prinsipləri, əslində isə prinsipsizliyi aradan qaldırılmalıdır. Hiss olunur ki, buna cəhdlər edilir. Son vaxtlar diplomatik korpusda arzuolunmaz şəxslərin prosesdən kənarlaşdırıldığını görürük. Amma fikrimcə bu sahədə sürətlə islahatlar həyata keçirilməlidir. İnsanların qabiliyyəti, sədaqəti, bilik-bacarığı önə çıxarılmalıdır. Əks təqdirdə Ramiz Vəliyev gedəcək, başqa biri gələcək”.

Ağ partiya başqanı Tural Abbaslı isə deyib ki, bu məsələ hələ tam aydınlaşmayıb:

“Yəni məsələ təkcə Ramiz Vəliyev ilə yekunlaşmır. Bu məsələdə adı çəkilməyən şəxslər var. Hesab edirəm ki, digər sifarişçi qurumun, onları kurasiya edən şəxslərin adı çəkilmir. Bu şəxslər faktiki olaraq dövlətdə post sahibidir. Onlar hələ də fəaliyyətdədir.

Ramiz Vəliyev olayını bir xəbərdarlıq kimi düşünürəm. Yəni ona təlimat verənlər, onu idarə edənlər bu əməllərindən əl çəksin. Bu, tövsiyə xarakteli olmalıdır. Çünki bu, cinayət əməlidir və prosesdə iştirakı olan bütün şəxslər açıqlanmalı, onlara müvafiq cəza verilməlidir.

Mənim ən çox diqqətimi çəkən məqam “Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, “mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib” ifadəsi oldu. Bu cümlənin açılışı çox mühümdür. Yəni belə bir dövlət qurumu, onun rəhbəri dövlətçilik əleyhinə fəaliyyəti təşkil edirsə, bunu kurasiya sisteminə oturdursa, bu, ciddi şəkildə araşdırılmaldır. Mümkündür ki, xüsusi xidmət orqanları prosesin dərin detalların ictimaiyyətlə bölüşməsin. Bu da başa düşüləndir. Bütün hallarda məslə ilə bağlı suallar çoxdur və araşdırılmalıdır. Yoxsa, problem böyüyə bilər”.

Seçilən
24
3
hurriyyet.az

4Mənbələr