Küveytdə aparılan arxeoloji qazıntılar zamanı 7000 ildən çox əvvələ aid olan və “yadplanetlilərə” bənzəyən heykəlciklər aşkar edilib. Uzun kəllə və yastı burun kimi xüsusiyyətləri ilə diqqət çəkən heykəlciklər Übeyd mədəniyyətinin bədii anlayışı ilə bağlı yeni ipuçları verir.
Medianews.az “TRT Haber”ə istinadən xəbər verir ki, heykəlciklərin tapıldığı Bəhra 1 bölgəsi 2009-cu ildən bəri Ərəbistan yarımadasındakı qədim Daş dövrü cəmiyyətlərinin ən mühüM tədqiqat məqamlardan biri hesab olunur.
Bildirilir ki, son qazıntılar zamanı üzə çıxarılan kiçik, lakin diqqətlə işlənmiş gil heykəlciklər Übeyd mədəniyyətinə xasdır. Bu mədəniyyət Mesopotamiyadan gəlirAnadolu və Ərəbistan yarımadasına qədər geniş bir əraziyə yayılmışdır. Buna bənzər heykəlciklər daha əvvəl Mesopotamiyada tapılsa da, Körfəz bölgəsində ilk dəfədir ki, belə tapıntılar ortaya çıxır.
Varşava Universitetindən arxeoloq Piotr Bielinski bildirib ki, heykəlciklər bu qədim icma üçün simvolik və ya ritualistik dəyərə malik ola bilər. Bəhra 1, Ubeyd mədəniyyətində tapılmış gil heykəlciklər estetik və onun simvolik başa düşülməsi ilə bağlı yeni suallar doğurur.
Qazıntılar Ərəbistan yarımadasında istehsal olunan keramika məmulatlarının mənşəyi ilə bağlı da mühüm tapıntılar əldə edib.
Bəhra 1-in yerli istehsal olan “Coarse Red Ware” adlı qaba qırmızı keramika, eləcə də bölgədə istifadə edilən iki əsas keramika növündən biri olan Mesopotamiyadan gətirilən Ubeid keramikasının ilk istehsal nöqtələrindən biri olduğu müəyyən edilib.
Təhlildə yabanı bitkilərdən əldə edilən üzvi qalıqlar yerli keramika gilində aşkar edilib, xaricdən gətirilən Übeid keramikasında isə buğda və arpa kimi kənd təsərrüfatı məhsullarının izlərinə rast gəlinib.
Tapıntılar təkcə arxeoloji deyil, həm də ekoloji tarix baxımından əhəmiyyətlidir. Keramika istehsalı üçün istifadə edilən bitki qalıqları eramızdan əvvəl 6-cı minilliyin ortalarında Ərəbistan yarımadasındakı floranın müxtəlifliyinə dair ipucu verə bilər.
Bu kəşflər bizə həm Ubeyd mədəniyyətinin təsirini, həm də bölgədəki yerli istehsal texnikasını daha yaxşı anlamağa imkan verir. Körfəz bölgəsindəki ən qədim keramika istehsalı mərkəzi olan Bəhra 1 bəşəriyyət tarixinin bu erkən dövrü haqqında mühüm məlumatlar verməyə davam edir.