AZ

Həbsdə olan leytenant kassasiya şikayətini geri götürdü

Ali Məhkəmədə "N" saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəflinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. 

 

Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

 

Qeyd: N.Nəcəfli leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.
 

Hərbi Prokurorluğun araşdırması nəticəsində N.Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.
 

Hökmdən narazı qalan prokuror təqsirləndirilən şəxsin sanksiya həddində cəzalanması tələbi ilə apellyasiya şikayəti verib. Apellyasiya instansiyasında iş yenidən araşdırılıb, tərəflərin ifadələri təkrar tədqiq edilib.
 

Yekunda hakimlər belə qənaətə gəlib ki, istintaq vaxtı fərqli məhkəmədə, əzbərlənmiş şəkildə fərqli danışan şahidlərin ifadəsi inandırıcı deyil.
 

Bu əsasla bəraətverici hökm ləğv edilib. Qərara əsasən, N.Nəcəfli təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Leytenant məhkəmə zalında həbsə alınıb.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2024, 10:16   
phrase_var_article.chosen
3
2
pravda.az

3phrase_var_article.sources