AZ

İli uğurla başa vuran Əməkdar artist: “Efirlərdə deyilən bu söz mənə gülünc gəlir” – FOTOLAR

“Bu il üç filmdə çəkildim. Biri Qazaxıstan kinematoqrafçıları ilə, digər iki filmin çəkilişi isə bizim yerli rejissorlarımızla baş tutdu. İki filmin artıq qala gecəsi baş tutub. “Canım Qazaxıstan” adlı filmin təqdimatı üçün yanvar ayında Qazaxıstana gedəcəyəm. İlin sonu “Altın Kelebek”lə də mənim xatirəmdə əbədi qalacaq. Düşünürəm ki, bu il mənə çox düşərli və uğurlu oldu. Əfsuslar olsun ki, bunu teatr üçün deyə bilməyəcəm. Teatrda bu 1 il ərzində heç bir işim olmadı. Elə köhnə “Dantenin yubileyi” tamaşasında oynadım. 2025-ci ildə Allah ölkəmizi, xalqımızı qorusun, insanlarımızın canı sağ olsun. Rifahımız gözəl olsun ki, gözəl işlərimiz də olsun. 2025-ci ildən də gözləntilərim var”.

Bunu Medianews.az-a açıqlamasında aktrisa, Prezident mükafatçısı, Əməkdar artist Sənubər İsgəndərli deyib.

İli uğurla başa vuran Əməkdar artist: <span style=color:red>“Efirlərdə deyilən bu söz mənə gülünc gəlir” - FOTOLAR

O bildirib ki, bu sənətə gələn gənclər mütləq istedadlı olmalıdırlar: “Adı üstündə, aktyor və aktrisa. Efirlərdə bəzən təqdim edəndə istedadlı aktrisa, istedadlı aktyor kimi ifadələrdən istifadə edirlər. Bu, bir az mənə gülünc gəlir. Təbii ki, aktyor olan şəxs istedadlı olmalıdır. Öz üzərlərində çox çalışmalarını, dünyagörüşlərini artırmalarını istərdim. Həm intellektual olsunlar, həm də öz sənətlərini inkişaf etdirsinlər. Bizim teatrda çox böyük sənətkarlar çalışır. Gənclərin onlardan öyrənəsi çox şeylər var”.

İli uğurla başa vuran Əməkdar artist: <span style=color:red>“Efirlərdə deyilən bu söz mənə gülünc gəlir” - FOTOLAR

Sənubər İsgəndərli deyir ki, heç bir sənət yoldaşı ilə münasibəti pis olmayıb: “Bütün sənət dostlarıma böyük hörmətim, sevgim var. Onların hər biri mənim üçün nadir bir incidir. Heç kəslə problemim yoxdur. Çünki özümə və sənətimə güvənirəm. Özgüvən olandan sonra heç kəs sənə problem yaratmır, nə də sən bu haqda bir şey düşünürsən. Həmkarlarımı sevirəm, sevmədiklərimə də hörmət edirəm. Ən azından həmkar olduğum üçün”.

İli uğurla başa vuran Əməkdar artist: <span style=color:red>“Efirlərdə deyilən bu söz mənə gülünc gəlir” - FOTOLAR

Sənubər İsgəndərli deyib ki, arzuladığı bütün rolları oynamayıb: “Bu heç mümkün də deyil. Amma aralarında təbii ki, istədiyim rollar da olub. Yəqin ki, bundan sonra da qismət olar. Əsas odur ki, tapşırılan rolları sevə-sevə oynamışam. Sənətimi çox sevirəm. Bu sənətdə olmasaydım ağlıma da gəlməzdi ki, hansı sənətlə məşğul olardım. Tamaşaçılarım, sevənlərim, sənətim və doğmalarım mənə stimul verir”.

Əli ƏSGƏR

Seçilən
12
3
medianews.az

4Mənbələr