AZ

İcra başçısının sabiq müavini cərimələnib

İcra

Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının sabiq müavini Abdıyev Azər Təzəxan oğlu cərimələnib.

Məlumata görə, hazırda Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin rəisi vəzifəsində çalışan Azər Abdıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib.

O, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxs kimi 3 min manatadək cərimə edilib.

Azər Abdıyev saytımıza açıqlamasında şəhərdə zibil poliqonun yandırılmasına görə ittiham olunduğunu deyib. Məmur nazirliyin qərarından Şirvan Şəhər Məhkəməsinə müraciət edib və işə hakim Əli İmanovun sədrliyi ilə baxılacaq(qaynarinfo).
Seçilən
11
reyting.az

1Mənbələr