AZ

“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA? - Tələbələr bu kartın harada keçərli olduğundan XƏBƏRSİZDİR

Bildiyimiz kimi, ölkəmizdə  mərhələli şəkildə 11 universitetin tələbələrinə vahid tələbə kartı təqdim olunur.

Belə ki, “TələbəPlus” layihəsi çərçivəsində vahid tələbə  kartları müəyyən güzəştləri əhatə edir.

Ancaq kartları əldə edən tələbələrin bir çoxu güzəştlərin hansı müəssisələrdə, mağazalarda və s yerlərdə keçərli olduğundan xəbərsizdirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərə ictimai nəqliyyatdan güzəştli istifadə üçün kartlar VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA/VİDEO


Bəs onlar bununla bağlı məlumatları haradan əldə edə bilərlər?

Məsələylə bağlı layihəni həyata keçirən Təhsilin İnkişafı Fondunun layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova Bizim.Media-ya açıqlamasında bildirib ki,  tələbələr ilk növbədə Kapital Bankın saytında yaradılan xüsusi, “TələbəPlus” adlı bölməyə daxil olaraq layihəyə qoşulan şirkətlər barədə məlumat əldə edə bilərlər:

“Bundan əlavə, bizim rəsmi “TələbəPlus” adlı sosial şəbəkələrimiz də var ki, orada mütəmadi olaraq yeni qoşulan şirkətlər haqqında məlumatlar verilir. Qısa zaman ərzində bununla bağlı saytımız da yaradılacaq”. 

Nərgiz Qədirova əlavə edib ki, tezliklə “TələbəPlus” layihəsi çərçivəsində güzəştlərin olacağı restoranların, sağlamlıq müəssisələrinin, mağazaların qapılarına və kassalarının yanına xüsusi hazırlanmış kağızlar yapışdırılacaq. Tələbələr oradan da məlumat ala biləcəklər:

“Həmçinin, universitetlərdə xüsusi rolaplar hazırlanacaq ki, onların üzərində olan QR kodu skan etməklə tələbələr məlumat əldə edə biləcəklər. Əlavə olaraq isə mütəmadi olaraq universitetlərə məlumatlar veririk ki, tələbələrlə bölüşsünlər, tələbə təşkilatlarıyla sıx əməkdaşlıq edib, məlumatlandırırıq”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

 

Seçilən
26
bizim.media

1Mənbələr