AZ

Tədqiqatlar sübut etdi ki, insultdan qaçmağın yolu pəhrizlərlə bağlıdır

1930-1989-cu illər arasında anadan olmuş 7-13 yaşlı 300 min uşağın məlumatları öyrənilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb. Alimlər müəyyən ediblər ki,  uşaqlıqda boyu orta göstəricidən 5-7 sm qısa olan insanlarda işemik insult və stress 11% daha çox olur. Bu amillər də insultun baş verməsi ilə əlaqədardır. Əgər insanlar insultdan qaça bilmirlərsə, ekspertlər MIND adlı pəhrizə riayət etməyi məsləhət görürlər. Rush Universitetinin tədqiqatçıları insultdan sonra müəyyən pozğunluqların inkişafını ləngidə bilən prosedur tətbiq etməyi tövsiyyə edirlər. Bu, DASH pəhrizidir. Bu pəhriz zamanı  tərəvəz, meyvə və az yağlı süd məhsullarından istifadə olunur. Tərəvəz, qoz-fındıq, giləmeyvə, paxlalılar, balıq, quş əti, zeytun yağı və şərabı ehtiva edən MIND pəhrizi isə yaşlı insanlarda yaddaşın pozulma riskini azaldır.

Vəli Həsənoğlu,

KONRET.az

Seçilən
10
konkret.az

1Mənbələr