AZ

İndoneziya gələn il D-8 Təşkilatına ev sahibliyi edəcək

Bakı,TurkicWorld

İndoneziya 2025-ci ildə İnkişaf etməkdə olan 8 Ölkə (D-8) Təşkilatının 12-ci Zirvə Toplantısına ev sahibliyi edəcək.

TurkicWorld xəbər verir ki, bu qərar, Misirin paytaxtı Qahirədə keçirilən 11-ci Zirvə Toplantısının yekun bəyannaməsində öz əksini tapıb.

Zirvədə üzv dövlətlərin liderləri və nümayəndə heyətləri təşkilatın genişlənməsinə və Azərbaycanın tamhüquqlu üzv olmasına dəstəklərini ifadə ediblər.

Yekun bəyanatda üzv ölkələr, qlobal iqtisadi sabitliyi pozan birtərəfli sanksiyalara qarşı olduqlarını və bu sanksiyaların ləğv edilməsini tələb ediblər. Liderlər həmçinin davamlı inkişaf, əməkdaşlıq, sülh və ədalət kimi prinsiplərə sadiqliklərini vurğulayıblar. Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ticarət, sənaye və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirmək, təşkilatın əsas prioritetləri kimi göstərilib.

Qeyd edək ki, D-8 Təşkilatı 1997-ci ildə İstanbulda təsis edilib. Hazırda Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan üzv ölkələrdir. Təşkilatın əsas məqsədləri arasında üzv dövlətlərin iqtisadi potensialını artırmaq, beynəlxalq ticarətdə iştirakını gücləndirmək və qərar qəbulu mexanizmlərində mövqelərini möhkəmlətmək yer alır.

phrase_var_article.chosen
25
turkic.world

1phrase_var_article.sources