AZ

10 yaşlı qızı qətlə yetirərək təcavüz edən şəxsi iynə vurub öldürdülər

ABŞ-da 10 yaşlı qızı qətlə yetirən məhbus iynə vurularaq öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Oklahoma ştatının cəzaçəkmə departamentindən açıqlama verilib.

Bildirilib ki, 2006-cı ildə Oklahomada 10 yaşlı qızı qətlə yetirən, daha sonra isə ona təcavüz edən Kevin Rey Andervud adlı şəxs ölüm cəzasına məhkum edilib.

Açıqlamaya görə, məhbusa əvvəlcə sakitləşdirici, daha sonra onu iflic edən ikinci dərman, nəhayət ürəyini dayandıran sonuncu dərman verilib.

phrase_var_article.chosen
11
publika.az

1phrase_var_article.sources