Avropa Liqaları (EL) keçmiş Super Liqa ideyasının başqa formada meydana atılması ideyasına qarşıdır.
İdman.biz xəbər verir ki, Avropanın milli liqalarını birləşdirən qurum "A22 Sports Management" şirkətinin Birləşmiş Liqa yaratmaq təklifi ilə bağlı rəsmi saytında açıqlama verib.
Bəyanatda deyilir:
“Avropa Liqaları A22-nin bu həftə verdiyi bəyanatı nəzərə alır və təşkilatımızla məsləhətləşmələrin aparıldığına dair hər hansı ehtimalı rədd edir.
A22-nin təklif etdiyi yarış modeli onsuz da həddən artıq çox olan təqvimdə beynəlxalq matçların sayını artıracaq. Beynəlxalq matçlara yer açmaq üçünmilli çempionatlarda klubların sayının azaldılması EL və onun üzvləri üçün heç vaxt məqbul variant ola bilməz.
Buna görə də EL və FIFPRO Avropa Komissiyasından Beynəlxalq Oyun Təqvimi (IMC) ilə bağlı heç bir qərarın milli liqalar və futbolçuların həmkarlar ittifaqlarının rəsmi razılığı olmadan qəbul edilməməsini təmin etməyi xahiş edib. Biz yerli və beynəlxalq futbol arasında bir-birini tamamlayan və davamlı tarazlığı qorumaq üçün bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyik”.
Qeyd edək ki, bugünlərdə "A22 Sports Management" 55 ölkədən 96 komandanın pilləli sistemdə iştirak edəcəyi yeni Avropa turnirinin rəsmi tanınması üçün FIFA və UEFA-ya müraciət etdiyini açıqlayıb.
İdman.biz