AZ

"Allah heç bərəkət verməsin, səfalət içində yaşayasınız" - Professordan sahibkara sərt sözlər

Sosial şəbəkələrdə obyekt tikmək üçün ağac kəsmək istədiyini yazan sahibkar sərt tənqid edilib.

SeherXeber.org xəbər verir ki, adını anonim saxlayan sahibkar ağac kəsməyin hüquqi baxımdan cəzasını sual edib:

“Öyrənmək istəyirəm ki, ağac kəsməyin cəzası nədir? Yol kənarında tikəcəyim obyektin qarşısında 4-5 ağac var. Onları kəssəm, necə cəzalandırıla bilərəm?” – o yazıb.

Sosial şəbəkə istifadəçilərinin verdiyi suala görə həmin şəxsi qınayıb.

Əksəriyyət ona ağac kəsməyin cinayət olduğunu, həbs oluna biləcəyini və s. yazıb.

Bəziləri isə ağacı kəsmək yerinə müvafiq qurumlardan icazə alaraq ağacların yerini dəyişdirməyi tövsiyə edib. 

Professor, hüquqşünas Fərhad Mehdiyevin sahibkara cavabı isə çox sərt olub:

“Mən də deyirəm ki, o obyektdən heç xeyir götürməyəsiniz, həmişə səfalət içində yaşayasınız. Ümumiyyətlə, bu dünyada bir xeyir əməliniz olubmu? Bir də utanmadan gəlib burda soruşursunuz? Normal adam ağac əkər, ağac kəsməz. O obyekti də kim bilir zəbt edəcəyiniz yerdə tikəcəksiniz.

Allah heç bərəkət verməsin”- o bildirib.

Qeyd edək ki, Azərbaycanda obyekt tikintisinə görə, ağacların kəsilməsi ciddi problemlərdən biridir. Bu cür hallara yol verən şəxslər aidiyyəti qurumlar tərəfindən yüksək məbləğdə cərimələnir, bəzi hallarda isə azadlıqdan məhrum etmə cəzası verilir.

Billurə Yunus

phrase_var_article.chosen
3
3
seherxeber.org

4phrase_var_article.sources