AZ

Qış aylarında açıq havada idman edərkən nələrə diqqət etməliyik?

Qış mövsümü açıq havada idman etməyə maneə deyil. Doğru geyim və ayaqqabı seçimi ilə soyuq havalarda da idman etmək mümkündür. Fiziki aktivliksizlikdən yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün idmanın həyat tərzinə çevrilməsi vacibdir. 

Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, 2030-cu ilə qədər hərəkətsizlikdən qaynaqlanan sağlamlıq problemləri ilə 500 min nəfər üzləşə bilər.

Soyuq hava idman üçün faydalıdır

İdman həkimi Ömər Özkan soyuq havanın fiziki və psixoloji cəhətdən bir çox fayda təmin etdiyini bildirir. Soyuq hava orqanizmi daha çox kalori yandırmağa təşviq edir, maddələr mübadiləsini sürətləndirir və immun sistemini gücləndirir. Psixoloji olaraq isə açıq havada idman etmək stressi azaldır, zehni sağlamlığı yaxşılaşdırır və depressiya əlamətlərini yüngülləşdirir.

Uyğun saat seçimi

Ömər Özkan qışda açıq havada idman üçün ən uyğun vaxtın günorta və günortadan sonrakı saatlar olduğunu qeyd edir:

"Təxminən saat 15.00 istilik baxımından ən uyğun zamandır. Hava bu saatlarda daha mülayimdir və günəş işığı bədən temperaturunu tənzimləməyə kömək edir".

O, həmçinin səhər tezdən və ya axşamüstü soyuğun təsiri ilə bədən temperaturunun idarə edilməsinin çətin ola biləcəyini bildirir. Hava qaralmağa başlamazdan əvvəl məşqi bitirmək həm təhlükəsizlik, həm də vizual aydınlıq üçün faydalıdır.

Doğru geyim seçimi

Qış aylarında idman edərkən bir neçə qat geyim seçimi daha uyğundur.

İç qat: Nəmi çəkən, nəfəs alan və tez quruyan materiallardan olmalıdır.
Orta qat: Bədən temperaturunu qoruyan materiallardan seçilməlidir.
Xarici qat: Rüzgar, su və qar kimi xarici amillərdən qoruyacaq.
Baş, əllər və ayaqları qorumaq üçün uyğun aksessuarlar, məsələn, termal papaqlar, əlcəklər və isti corablar istifadə edilməlidir.

Uyğun ayaqqabı seçimi

Soyuq havada idman üçün ayaqqabılar su keçirməyən materialdan hazırlanmalı və isti tutan iç astara sahib olmalıdır. Xüsusilə buzlu və qarlı səthlərdə istifadə ediləcək ayaqqabıların sürüşməyən tabana malik olması vacibdir. Ayağın hava alması və rahat hərəkət etməsi üçün ayaqqabının tarak hissəsi geniş olmalı, termal iç tabanlar isə ayaqların istiliyini təmin etməlidir.

Su istehlakı vacibdir

Ömər Özkan soyuq havalarda bədənin daha çox maye itirdiyini və buna görə də mütəmadi su içməyin vacib olduğunu vurğulayır:

"Adətən qışda bir məşq zamanı 300-400 ml su kifayət edir, lakin bu miqdar məşqin müddətinə və intensivliyinə görə dəyişə bilər. Su isti halda içilərsə, bədənin maye qəbuluna müsbət təsir edər. Elektrolit itkisini qarşısını almaq üçün izotonik içkilər də istifadə edilə bilər".

Soyuq havada idman zamanı sağlamlıq problemi olan şəxslərin həddindən artıq soyuq günlərdə açıq havada idmandan çəkinməsi tövsiyə edilir.

Aydın
phrase_var_article.chosen
0
1
qaynarinfo.az

2phrase_var_article.sources