ABŞ prezidenti Co Bayden və Papa Fransisk telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.
O, Bayden və Papa Fransiskin "bayramlar zamanı dünyada sülhü təşviq etmək səyləri" haqqında danışdıqlarını bildirib:
“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”.
Bayden, həmçinin pontifikin gələn ay Vatikana səfər etmək dəvətini qəbul edib. Ağ Ev dekabrın 19-da Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın baş naziri Corcia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.
Telegram kanalımız