AZ

Bayden və Papa sülhdən danışdılar

ABŞ prezidenti Co Bayden və Papa Fransisk telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.

O, Bayden və Papa Fransiskin "bayramlar zamanı dünyada sülhü təşviq etmək səyləri" haqqında danışdıqlarını bildirib:

“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”.

Bayden, həmçinin pontifikin gələn ay Vatikana səfər etmək dəvətini qəbul edib. Ağ Ev dekabrın 19-da Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın baş naziri Corcia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr