AZ

Putindən Əsədə sərt qadağalar

Əsəd və ailəsinin hazırda Moskvada ev dustaqlığında olduğu öyrənilib.

Ölkə.Az "haber7"yə istinadən  xəbər verir ki, Kreml Putinin sərt qaydalar müqabilində devrilmiş Əsədə sığınacaq verdiyini açıqlayıb.

Şərtlərə əsasən Bəşər Əsədə Rusiya hakimiyyətinin əvvəlcədən razılığı olmadan siyasi fəaliyyətlə məşğul olmaq və ya Moskvanı tərk etmək qəti qadağan edilib.

Bundan əlavə olaraq müvafiq orqanlar tərəfindən qərar qəbul edilənə qədər Əsədin daşınar və daşınmaz əmlakı ilə bağlı hər hansı addım atması qadağan edilib.

Xarici medianın yazdığına görə, Bəşər Əsədin Moskvaya 270 kiloqram qızıl və 2 milyard dollarla sığınıb. Bundan əlavə olaraq onun Moskvadakı  “City of Capitals” kompleksində  18 mənzilinin  olduğu öyrənilib.

Mürtəza
Ölkə.Az

Seçilən
29
3
olke.az

4Mənbələr