AZ

The Times: Britaniya təlimçiləri Rusiya üçün hədəf ola bilər – ÖZƏL

Əgər Böyük Britaniya Ukraynaya hərbi təlimçilər göndərərsə, onlar Rusiya ordusunun qanuni hədəfinə çevriləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə The Times qəzeti Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, ötən ilin payızında Britaniyanın quru qoşunları Baş Qərargah rəisi olmuş general Patrik Sanders təlimçilərin Ukraynaya göndərilməsini təklif edib. Lakin Müdafiə Qərargahının rəisi Entoni Radakin bu təşəbbüsü dəstəkləməyib və müdafiə naziri Qrant Şappsı həmin ideyanı rədd etməyə çağırıb.

Eyni zamanda, ukraynalı ərazi müdafiə qüvvələrinin döyüşçüsü Aleksandr Lukyanov əsir düşdükdən sonra NATO-nun ən azı səkkiz ölkəsindən olan təlimçilərin Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgərlərini Böyük Britaniyada hərbi poliqonlarda hazırladığını etiraf edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb təlimçilərinin Rusiyanın hərbi zərbələrindən immunitetinin olmadığını bəyan edib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə VSU tərəfdə döyüşən xarici muzdlu döyüşçülərin qaçılmaz olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfi olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr