AZ

Kiyevə yenidən raket hücumu başlayıb

Kiyevə

Ukraynanın paytaxtı Kiyev səhər saatlarında Rusiyanın ballistik hücumlarına məruz qalıb.

Reyting.az
Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla bildirir ki, Rusiyanın “MiQ-31K” təyyarələrinin havaya qalxması ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib.

Səmada neçə təyyarənin olduğu açıqlanmayıb. Səhər saat 7 radələrində Rusiya təyyarələri Kiyev istiqamətində raketlər atıb. Bir neçə dəqiqə sonra Kiyevdə partlayışlar baş verib.

Monitorinq kanallarının ehtimalına görə,ballistik raketlər, “Xinjal”-dan istifadə edilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. O, Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Kliçko qeyd edib ki, raket qalıqlarının düşməsi nəticəsində Qoloseyevski rayonunda avtomobillər yanır.

Hadisə yerinə təcili xidmətlər göndərilib. Həmçinin, raket qalıqları Dnepr bölgəsinə də düşüb.

E. KAMAL
phrase_var_article.chosen
7
reyting.az

1phrase_var_article.sources