AZ

Macarıstan baş nazirindən mühüm açıqlama: Trampı gözləyin!

Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə Rusiyaya qarşı sanksiyaların uzadılıb-uzadılmaması barədə qərar verməzdən əvvəl yaxın müttəfiqi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasını gözləmək istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Aİ liderləri ilin son sammitində bir araya gələrək xarici siyasət, İttifaqın müdafiəsinin gücləndirilməsi, genişlənmə və miqrasiya məsələləri, xüsusilə də Suriyadakı mövcud hadisələr və Ukraynada davam edən müharibəni müzakirə ediblər.

“Bloomberg”ə danışan Orban ABŞ-ın 47-ci prezidenti seçilən və yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verməsini gözləmək istədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
3
turkustan.az

1phrase_var_article.sources