Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski gələn il ölkə ərazisindən hər hansı qazın tranzitinə icazə verməyəcək.
“Cənab Zelenski Ukraynanın istənilən ölkəyə məxsus qazın tranzitində iştirak edə biləcəyini istisna edir, çünki belə bir fikir var ki, qaz Ukraynadan keçərsə, o, yalnız Rusiya qazı olacaq”, – deyə Fiko bu barədə Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Baş nazir tranzitin davam etdirilməsi üçün müxtəlif variantları qeyd edib ki, bunlardan biri də “Rusiya-Ukrayna sərhədindən götürüləcək və daha sonra göndəriləcək” qazın nəqlidir. Cənab Fiko davam bildirib ki, Ukrayna bundan gəlir əldə edəcək, tədarükün dayandırılması isə yanacağın qiymətlərinin artmasına səbəb olacaq.
//Samir Qurbanov, Editor.az