AZ

Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır

Türkiyə Müdafiə Sənayesi Dəstək Fonduna rekord məbləğdə vəsait ayrılır.

Bu barədə milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində layihənin müzakirəsi zamanı məlumat verib.

Qeyd olunub ki, 2025-ci ildə sözügedən təşkilatın müdafiə və təhlükəsizlik xərcləri üçün 1 trilyon 608 milyard türk lirəsi (təxminən 45 milyard dollar) vəsait ayrılması nəzərdə tutulub.

Nazir xərclərin rekord həddə çatdırılmasının xarici asılılığı minimuma endirmək məqsədi daşıdığını vurğulayıb.

Seçilən
23
4
banker.az

5Mənbələr