Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinin qurbanı olsa da, hər zaman beynəlxalq hümanitar hüququn prinsiplərinə əməl edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə
“Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda keçirilən seminarda ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söyləyib. O, soydaşlarımızın uzun illər ərzində pozulmuş hüququn təmin edilməsinin zəruri olduğunu vurğulayıb. Əlavə edib ki, bu məsələ də beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edir.