İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xose Qvardiola Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messini komandasında görmək istəyir...
Poliqon xəbər verir ki, bu barədə Tuttosport məlumat yayıb.
Mənbənin məlumatına görə, mütəxəssis İngiltərə komandasının çıxışını yaxşılaşdırmaq üçün Messini mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Amerika klubu futbolçunun özü istəsə, Messini İngiltərə Premyer Liqasına (APL) buraxmağa hazırdır.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 5-ci yerdədir.
Poliqon.info