AZ

Ermənistan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə qazaxıstanlı həmkarı Murat Nurtleu arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Bildirilir ki, nazirlər ikitərəfli əlaqələri, o cümlədən beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq və onların gələcək inkişaf perspektivlərini müzakirə ediblər. 

Məlumata görə, tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığı hərtərəfli gücləndirməyə və daha da genişləndirməyə qarşılıqlı hazır olduqlarını təsdiq ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr