AZ

Trampın dəstəklədiyi sənəd Nümayəndələr Palatasından keçmədi- “Reuters”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən dəstəklənən ABŞ hökumətinin maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsi Nümayəndələr Palatasından keçə bilməyib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, onlarla respublikaçı sənədin əleyhinə səs verib.

Agentlik Trampın qanunvericilərə qərar vermələri üçün təzyiq etdiyini bildirir. Lakin Respublikaçılar Partiyasının sağ qanadının üzvləri federal hökumətin xərclərini artıracaq və ABŞ borcuna trilyonlarla dollar əlavə edəcək plana yol açacaq paketi dəstəkləməkdən imtina ediblər.

Sənədi Konqresin aşağı palatasının 174 üzvü dəstəkləyib, 235-i isə əleyhinə çıxıb.

Qanun layihəsi federal hökumətin maliyyələşdirilməsinin 2025-ci il martın 14-dək uzadılmasını, həmçinin 36 trilyon dollarlıq limitin 2027-ci il yanvarın 30-dək dayandırılmasını nəzərdə tuturdu. Tramp qanun layihəsindən bəzi xərc maddələrinin çıxarılmasını və ölkənin borc tavanının ləğvi və ya əhəmiyyətli dərəcədə artırılması ilə bağlı bəndin daxil edilməsini təklif edib.

Azpost.info

phrase_var_article.chosen
7
azpost.info

1phrase_var_article.sources