“Now TV”də yayıma yeni başlasa da böyük səs-küyə səbəb olan “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialı Cevat Şakirin nəvələrini qəzəbləndirib.
Publika.az xəbər verir ki, serialının ilk bölümü müzakirələrə səbəb olub. Məşhur yazıçı Halikarnas Balıqçısı kimi tanınan Cevat Şakir Kabaağaçlının nəvələri açıqlama verərək serialda danışılan hekayənin ailə ilə məsləhətləşmədən yazıldığını bildirib.
Kabaağaçlı ailəsi serialın prodüserlərinin onlardan heç bir icazə almadığını vurğulayıb. Ailə bu vəziyyətin onların hüquqlarını pozduğunu bildirib və qanuni prosesin başlandığını açıqlayıb.
Nəvələrin verdiyi açıqlamada bu ifadələr yer alıb: