AZ

“Lay's” çipslərində “ölümcül risk” tapıldı

ABŞ Ərzaq və Dərman Administrasiyasının (FDA) məlumatına görə, “Frito-Lay” ən məşhur kartof çipslərindən birini geri çağırıb, çünki tərkibində etiketdə göstərilməyən süd var.

“Cebheinfo.az” bu barədə “NBC News”-a istinadən xəbər verir.

Ərzaq və Dərman İdarəsi bildirib ki, istehlakçıların tanış flüoresan sarı qablaşdırma ilə tanıya bildiyi “Lay's Classic Potato Chips” Oreqon və Vaşinqtonda geri çağırılır. Çiplərin tərkibinə kartof, bitki yağı və duz daxil olduğundan, südlə necə çirkləndiyi aydın deyil.

“Südə qarşı allergiyası və ya həssaslığı olan şəxslər geri çağırılan məhsulu istehlak etsələr, ciddi və ya həyati təhlükəsi olan allergik reaksiyaya məruz qalma riski altındadırlar”,- deyə geri çağırma bildirişində deyilir.

Bununla belə, süd problemi səbəbiylə hələlik heç bir allergik reaksiya bildirilməyib.

 İki ştatdakı istehlakçılara qablaşdırmalarını atıb “Frito-Lay” İstehlakçı Əlaqələri ilə əlaqə saxlamaları tövsiyə olunur.

Seçilən
17
cebheinfo.az

1Mənbələr