"Bu günə qədər 15813 nəfər sosial, 29613 şəxs isə standart TTK-dən istifadə edib".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov 3 illik fəaliyyətə dair keçirilən hesabat konfransında deyib.
Bəhruz Əzimov bildirib ki, kreditdən yararlanların 17928 nəfəri kişi, 27 498 nəfəri isə xanım tələbələr olub.
Müəllif: Teleqraf.com