AZ

Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək - Kamaləddin Qafarov

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində dost qonşuölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması və inkişafetdirilməsi prioritet istiqamətlərdən biridir. Şimal qonşumuz olanRusiya ilə münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və RusiyaPrezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyətihaqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərintənzimlənməsi baxımından xüsusi önəm kəsb edən bir sənəddir.

Bu sözləri Trend-ə MilliMəclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dekabrın17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti vəRusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya”Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovaverdiyi müsahibəsində qeyd olunduğu kimi, bu gün Rusiya vəAzərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da,Rusiyanın da heç bir şübhəsi yoxdur.

“Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyinivurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həmvəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərinidostcasına aparıblar”.

K.Qafarov Prezident İlham Əliyevin Azərbaycanın xaricisiyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərinəhəmiyyətini də qeyd edib: “Məlumdur ki, bu gün Azərbaycan həmQərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xaricisiyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Bunazəmin yaradan əsas amil Prezidentimiz İlham Əliyev tərəfindənhəyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir.Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həmRusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganəölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal statusölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələriarasında münasibətlərin normallaşdırılması baxımından hansısamərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaqlazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çoxazdır. Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Ordusunun Baş Qərargahrəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıragörüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbirəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar göstərir ki, əgərbelə bir ehtiyac olarsa, Azərbaycan gərginliyin aradanqaldırılmasına öz töhfəsini verə bilər”.

K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində Ermənistanınsilahlandırılmasına qarşı ifadə olunmuş fikirlərin aktuallığını dadiqqət mərkəzinə çəkib: “Azərbaycan bütün Cənubi Qafqazda sülhün vəəmin-amanlığın davamlılığını təmin etmək üçün əlindən gələni edir.Lakin bəzi Qərb dairələrinin mövqeyi ölkəmizin bu səylərinə ciddiəngəllər törədir. O cümlədən, Fransa bu gün bizim regionumuzdavəziyyətin gərginləşdirilməsinə çalışan ölkələrdən biri kimi çıxışedir. Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə Makronhökumətini kəskin tənqidə məruz qoyaraq bildirdi ki, FransanınErmənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdürvə Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanlasərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çoxyaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayışməntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarınınəzərə aldıqda, Azərbaycanın bu prosesi yalnız kənardan müşahidəedəcəyini gözləmək olmaz və ölkəmiz özünün təhlükəsizliyini təminetmək üçün hər şeyi edəcək”.

Məqalədə:
phrase_var_article.chosen
21
14
az.trend.az

10phrase_var_article.sources