AZ

"Ata olmaq üçün çox yaşlıyam?"

Türkiyəli məşhur aktyor Kərəm Bürsin son açıqlaması ilə diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşında olan aktyor ata olmaq istəyi ilə bağlı sualı cavablandırarkən, bir tərəfdən bu mövzuya müsbət yanaşsa da, digər tərəfdən yaşı ilə bağlı şübhələrini ifadə edib.

O, bildirib ki, zaman- zaman ata olmağı düşünür amma bəzən bu düşüncə ilə əlaqədar olaraq "Bəlkə artıq çox yaşlıyam" sualını da özünə verir:

"İstər-istəməz ata olmaq haqqında düşünürəm. Amma bəzən də fikirləşirəm ki, ata olmaq üçün çox yaşlıyam? Məndən artıq keçib deyə düşünürəm. Bəxtim varsa, ata olacağam" deyə, Kərəm bildirib.

Qeyd edək ki, Kərəm Bürsin son zamanlarda "Ya Çok Seversen" adlı serialda baş rol oynayır və bu layihədəki performansı ilə müsbət rəylər alır.

Fidan
Milli.Az

Seçilən
19
1
milli.az

3Mənbələr