AZ

Çad Fransanı qovur - qısa möhlət verilib

Hurriyyet.az TASS informasiya agentliyinə xəbər verir ki,  Çad 2025-ci il 31 yanvar tarixinə qədər Fransa qüvvələrinin ölkə ərazisini tərk eləməsini tələb edib. Bu barədə RFI radiosu Parisdə və Ncamendəki mənbələrə istinadla məlumat verib.

Bir müddət əvvəl Çad hökuməti Fransa ilə hərbi əməkdaşlıq müqaviləsindən imtina etmişdilər.

Radioya məlumat verən mənbələr Parisə yazılı şəkildə bildiriş göndərildiyini xəbər veriblər.

İlkin qrafikdə Fransa hərbçilərinin mart ayına qədər ölkədən çıxarılması nəzərdə tutulurdu. Lakin Çad hökuməti bu müddətin çox uzun olduğunu qərara alıb.

Fransadan olan hərbi mənbə isə mediaya açıqlamasında bildirib: "7 həftədə min əsgər ilə çox sayda texnikanın çıxarılması mümkün deyil".

Hürr Tərcüman

phrase_var_article.chosen
1
hurriyyet.az

1phrase_var_article.sources