AZ

ABŞ 270 min miqrantı ölkədən çıxarıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi sentyabrın 30-da başa çatan maliyyə ilində 270 mindən çox miqrantı deportasiya edib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin hesabatında deyilir.

Sənədə əsasən, hesabat dövründə xidmət rəsmiləri 271 484 miqrantı 192 ölkəyə göndərib ki, bu da 2023-cü ildəkindən (142 580 nəfər) təxminən iki dəfə çoxdur. Qeyd edilib ki, deportasiya səviyyəsi 2014-cü maliyyə ilindən bəri ən yüksək göstəricidir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə bildirib ki, o, Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.

Bildirilib ki, miqrasiya böhranı ABŞ-də seçki kampaniyasının əsas problemlərindən birinə çevrilib.

phrase_var_article.chosen
11
1
azpolitika.info

2phrase_var_article.sources