AZ

Bakıda mənzillər ən çox bu ərazilərdə bahalaşıb

Daşınmaz əmlak bazarında nisbi qiymət artımı müşahidə olunur.

Azreform.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

O qeyd edib ki. aylıq göstəricilərə nəzər salsaq 1-2% aralığında dəyişən qiymət artımları olduğunu görə bilərik:

"Hesab edirəm ki, bu daşınmaz əmlak bazarı üçün elə də əhəmiyyətli qiymət dəyişməsi deyil. Bütün hallarda qiymət artımı görülür. İllik qiymət artımı isə cari il üzrə maksimum 10% ətrafında ola bilər. Daha dəqiq desək artım 10%-i çox cüzi ötə bilər. Yəni 15-20% aralığında artım gözlənilmir. 

Ümumiyyətlə daşınmaz əmlak bazarı üçün aktiv mövsüm hesab olunsa da hazırda ciddi aktivlik müşahidə olunmur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan statistikaya baxsaq, burada ciddi azalmaların olduğunu görərik. Güman edirəm ki, il ərzində əqdlərin qeydiyyatı üzrə ötən illə müqayisədə 15%-dən çox azalma qeydə alınıb. Bu da bazar üzrə dinamikanın, aparılan əməliyyatların həcminin azalması və bazara müraciətlərin aşağı düşməsi deməkdir”.

Müsahibimiz qeyd edib ki, qiymət dəyişmələrində əsasən əraziyə, ictimai infrastrukturun, nəqliyyatın təmin olunma, sənədləşmə və digər amillər rol oynayır:

“Dəyişikliklər daha çox mərkəzdən kənar hissələrdə qiymət artımı müşahidə olunur. 28 may və Gənclik əraziləri istisna olmaqla digər ərazilərdə bu artım gözə çarpır. Həzi Aslanov, Əhmədli, Günəşli ərazilərində qiymət artımları daha çoxdur”.

Seçilən
8
15
azreform.info

10Mənbələr