AZ

DOST-un Neftçala filialı 550 minə təmir olunacaq

“Dayanıqlı və opretaiv Sosial Təminat” (DOST) dövlət qurumu keçirdiyi tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, ƏƏSMN-in tabeliyində olan qurum Neftçala DOST filialının inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, sözgüedən filialın təmir işlərini “TURAN.İ.O” MMC həyata keçirəcək. DOST bu məqsədlə MMC ilə 550.354,2 manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınmış şirkət Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46 ünvanında yerləşir. “TURAN.İ.O”-nun qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. On manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, təmit-tikinti işləri aparmaq üçün hansı lisenziyalara sahib olması barədə məlumat verilmir.
Bu şirkətin davamlı olaraq tenderlərdə çalışdığı açıq mənbələrdən də aydındır

phrase_var_article.chosen
14
tribunainfo.az

1phrase_var_article.sources