AZ

Aİ NATO bayrağı altında Ukraynaya sülhməramlılar göndərməyəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya sülhməramlıların göndərilməsi məsələsini müzakirə edir, lakin hərbçilərin Şimali Atlantika Alyansının (NATO) bayrağı altında birləşdirilməsindən söhbət getmir. Bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, belə bir qərarın qəbulu üçün Alyansın bütün üzvlərinin razılığı lazımdır. Üstəlik, bu addım Rusiya üçün qəbuledilməz varianta çevrilə bilər.

Qeyd olunur ki, Aİ-yə üzv olan bir sıra ölkələr gələcəkdə Rusiya üçün “çəkindirici” olaraq öz hərbi qüvvələrini göndərə bilərlər. Eyni zamanda, sülhməramlıların mümkün yerləşdirilməsi məsələsi Ukrayna NATO üzvü olana qədər ona təhlükəsizlik təminatlarının verilməsi variantlarından biri kimi nəzərdən keçirilir.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr